Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 14:07

Rusiyanı sanksiyaları dəstəkləməyə çağırırlar


Moon Jae-in və Vladimir Putin

Rusiyanın Vladivostok şəhərində səfərdə olan Yaponiya və Cənubi Koreya liderləri Şimali Koreyaya daha sərt sanksiyalar qoymağa çağırıblar. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin «Şimali Koreyanı küncə sıxışdırmamaq»la bağlı xəbərdarlıq etmişdi.

Sentyabrın 7-də Cənubi Koreya prezidenti Moon Jae-in və Yaponiyanın baş naziri Shinzo Abe daha sərt sanksiyalara doğru əməkdaşlığa razılaşıblar. Hazırda Birləşmiş Ştatlar BMT-yə bu sanksiyalarla bağlı qətnamə layihəsini təqdim edib. Layihədə Şimali Koreyanın neft, xarici işçilər, tekstil ixracı və digər gəlir mənbələrinin kəsilməsi nəzərdə tutulur. Bu addımlar Pxenyanın ötən həftəsonu keçirdiyi nüvə sınağına cavab olaraq atılır.

Moon-un baş mətbuat katibi Yoon Young-chan deyib ki, Moon və Abe özəlliklə bir məsələdə razılığa gəliblər – Çinlə Rusiyanı Pxenyanın neft təchizatını kəsməkdən ötrü dilə tutmağa razılaşıblar.

Putin bu addıma qarşı çıxıb, bunun Şimali Koreyanın yoxsul vətəndaşlarına, eləcə də hökumətinə zərbə vuracağını bildirib. Kreml həm də Rusiyanın Şimali Koreyaya neft göndərmədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG