Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 09:31

NATO Rusiya və Belarusun manevrlərindən narahat deyil


NATO-nun baş katibi Jens Stoltenberg Estoniyaya gəlib

NATO-nun baş katibi Jens Stoltenberg sentyabrın 6-da deyib ki, Rusiyanın Belarusla birlikdə keçirdiyi hərbi manevrlərdən “birbaşa təhlükə” yoxdur, lakin o bu təlimlər barədə daha şəffah olmadığına görə Moskvanı tənqid edib.

12 min 700 hərbçinin iştirak edəcəyi “Zapad 2017” kod adlı manevrlər Polşa və Baltik ölkələrində narahatlığa səbəb olub.

Litva və Estoniya iddia edirlər kİ, bu manevrlərdə əslində 100 minədək əsgər iştirak edəcək, lakin Rusiya təlimlərin “tam müdafiə” xarakterində olacağını bildirir.

NATO son illərdə Rusiyanın artmaqda olan aqressivliyi ilə bağlı Estoniya, Litva, Latviya və Polşada 4 minlik qoşun yerləşdirib.

Estoniyanın Tapa şəhərindəki NATO kontingentinə baş çəkən Stoltenberg deyib ki, bu bölgədə alyans qoşunlarının olması açıq mesaj göndərir. Bu o deməkdir ki, alyansın hər hansı bir üzvünə hücum digər üzvlərin onun müdafiəsinə qalxması ilə nəticələnəcək.

Stoltenberg deyib ki, biz “Zapad 2017” təlimlərini diqqətlə izləyəcəyik, lakin hazırda hər hansı NATO üzvünə birbaşa təhlükə görmürük”.

Bununla belə, Stoltenberg əlavə edib ki, Rusiyanın “Zapad 2017” barədə şəffaflığı beynəlxalq standartlara cavab vermir.

Rusiya bu manevrləri müşahidə etmələri üçün üç NATO eksperti dəvət edib, lakin baş katib bunun ATƏT-in tələb etdiyi açıqlıq dərəcəsinə uyğun olmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG