Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:13

Moldova prezidenti ölkə əsgərlərini NATO təlimlərinə buraxmayıb


İqor Dodon

Moldova prezidenti İqor Dodon deyib ki, o, ölkəsinin kiçik hərbi kontingentinin bu yaxınlarda keçiriləcək NATO təlimlərində iştirakını qadağan edib.

Rusiyayönlü Dodon özünün bu qərarı barədə sentyabrın 5-də Faceobook-da yazıb.

Beləliklə, Dodon 57 Moldova əsgərinin sentyabrın 7-23-də qərbi Ukraynada keçirləcək manevrlərə göndərilməsi barədə Müdafiə Nazirliyinin ricasını rədd edib.

Dodon Facebook səhifəsində yazıb: “Biz Moldova hərbçilərinin ölkənin xarıcındə keçirilən hərbi təlimlərdə iştirakını məqbul saymırıq”.

Moldovanın 1996-cı ildən bəri iştirak etdiyi Rapid Trident adlı təlimlər bu il Ukrayna-Polşa sərhədində keçirilməlidir. Bu manevrlərdə əksəriyyəti NATO üzvləri olan 14 ölkədən 1800 hərbçi iştirak edəcək.

Moldova prezidenti Dodon Rusiya ilə strateji müttəfiqliyə tərəfdar olsa da, ölkə hökuməti Qərb meyllidir.

Dodon bu ilin əvvəllərində demişdi ki, o, NATO-nun Kişinyovda qərargah açmaq planının əleyhinədir.

Moldova hökuməti ötən ay Rusiya qoşunlarının ölkənin separatçı Dnestryanı ərazisindən çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Hökumət bu məsələnin sentyabrın 12-də işə başlayacaq Baş Assambleyada müzakirəsini istəyir.

İyul ayında Moldova parlamenti ölkə ərazisindəki Rusiya qoşunlarının çıxarılması barədə “simvolik” qərar qəbul edib.

Moskva Dnestryanıda 2 min əsgər saxlayır. Kreml iddia edir ki, bunlardan 1500-ü Sovet dövründən qalma silah anbarlarının mühafizəsi üçündür. Qalan 500 əsgərini Moskva “sülhyaradıcı” adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG