Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:47

Bakının mrəkəzinə gedən yollar bağlanır


Bakı Formula 1 yarışı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

BŞBPİ-nin bölmə rəisi,Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, yarışa bir neçə gün qaldığından son tamamlama işləri aparılır.“Azneft” meydanından Neftçilər prospekti ilə Azadlıq meydanı hissəsində qoyulmuş maneələrin rənglənməsi və digər əsaslı işlərin aparılması bu yol üzrə avtomobillərin hərəkət intensivliyinə təsir etdiyindənsıxlıq yaranır.

Dövlət Yol Polisi İdarəsi cənub tərəfdən paytaxtın mərkəzinə doğru hərəkət edən sürücülərə tövsiyə edir ki, bu ərazidə süni sıxlığın yaşanmamasindan ötrü alternativ yollardan istifadə etsinlər.

Onlara Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu istiqamətinə, yaxud 20-ci sahə dairəsindən Dağüstü Park yolu ilə Badamdar qəsəbəsi istiqamətinə və Bayıl qəsəbəsindən Parlament prospekti istiqamətinə hərəkət etmələri tövsiyə edilir.

Foto arxiv
Foto arxiv

V.Əsədov deyib ki,Bayraq Meydanı, “Dalğa Plaza”, eləcə də 20-ci sahədən və Bakı Su İdman Sarayının yanından istiqamətlər dəyişdirilib.

Bu il iyunun 23-dən 25-nə kimiBakıda Formula-1 Azərbaycan Qran-Prisi yarışları keçiriləcək. Bu yarışların daha 3 il Bakıda keçirilməsi gözlənir. Əks halda əvvəlcədən razılşamaya görə, Azərbaycanı 50 milyon dollar cərimə gözləyir

Bu il mayın 12-dən 22-nə kimi isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdi.2017-ci ilin dövlət büdcəsində beynəlxalq idman yarışlarının təşkilinə 317 milyon manta ayrıldığı bildirilir.

Müxalifət hesab edir ki, bu pullar əhalinin az təminatlı təbəqəsinin sosial ehtiyaclarına xərclənsəydi düzgün olardı.

Buna da bax: Ekspert: ‘İlin sonuna dollar 1.90-1.95 manat olacaq’

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG