Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:42

'Çexiyanın Trumpı' qalib gəldi


Çexiya - Andrej Babis səs verir. 20 oktyabr

Çexiyada keçirilmiş parlament seçkilərində milyarder biznesmen Andrej Babis-in ANO partiyası qalib gəlib.

ANO səslərin 30 faizindən çoxunu toplayıb. Bu, mühafizəkar ODS partiyasından təxminən 3 dəfə çoxdu.

Babis-in ölkənin yeni baş naziri seçiləcəyi gözlənir.

Parlamentdə qazandığı 78 mandat ilə Babis-ə əlavə daha iki deputatın dəstəyi lazım olacaq ki, koalisyon hökuməti formalaşdırmaq üçün aşağı palatada yetərli çoxluğu əldə etsin.

Buna da bax: Kaladze qalib gəlir

Başqa bir variant ODS-lə koalisiyadır. Amma ODS bunu rədd edib.

Çex mediasında Babis-i var-dövlətinə və populist çıxışlarına görə "Çexiyanın Trampı" adlandırıblar.

Babis seçki kampaniyası zamanı bildirib ki, Avropa Birliyi ilə inteqrasiyanın daha da genişləndirilməsinə və avronun qəbuluna qarşıdır. Onun qaçqınların qəbulu ilə bağlı mövqeyi də sərtdir.

Tokio doğumlu çex siyasətçi Tomio Okamuro-nun SPD partiyası da qaçqınlara qarşı çıxır. SPD 22 mandat qazanıb. Okamura həm də Rusiya ilə isti münasibətlərin tərəfdarıdır.

Çexiya müstəqil olandan bəri kommunistlər seçkidə ən pis nəticələrini göstəriblər. Səslərin cəmi 8 faizini qazanıblar.

İnformasiya Texnologiyaları mütəxəssisi İvan Bartos-un Pirat Partiyası da 22 mandat qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG