Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Gürcüstanda hakim partiya şəhərlərdə seçkini uddu [Yenilənib]


Tbilisi - Kaladze exit-poll-un nəticələrindən sonra təbrikləri qəbul edir. 21 oktyabr.
Tbilisi - Kaladze exit-poll-un nəticələrindən sonra təbrikləri qəbul edir. 21 oktyabr.

Oktyabrın 21-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Hakim "Gürcü arzusu" partiyası merin birbaşa seçki ilə seçildiyi 5 şəhərdən 4-də mübarizədən qalib çıxıb.

Onun namizədləri elə birinci turda Tbilisi, Batumi, Poti və Rustavidə mer kreslosuna sahibləniblər.

Tbilisinin meri vəzifəsinə İtaliyanın "Milan" klubunun keçmiş oyunçusu Kaxa Kaladze seçilib.

O, səslərin 51,13 faizini toplaya bilib.

Birləşmiş Milli Hərəkatın namizədi Zaal Udumashvili 17,49, müstəqil namizəd Aleko Elisashvili isə 16.53 faiz səs toplayıblar.

Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə "Gürcü arzusu" partiyasının namizədi seçicilərin 48 faizinin dəstəyini ala bilib.

Burada 2-ci tur olacaq.

Kakha Kaladze ailəsi ilə.
Kakha Kaladze ailəsi ilə.



***

Exit-poll-lar da göstərir ki, keçmiş futbolçu Kaxa Kaladze Tbilisi meri vəzifəsi uğrunda mübarizəni udur.

İmedi telekanalı və Gorbi şirkətinin keçirdiyi exit-poll hakim "Gürcü arzusu" koalisiyasını təmsil edən Kaladzenin təxminən 53 faiz səs topladığını göstərir.

Birləşmiş Milli Hərəkatın namizədi Zaal Udumashvili və müstəqil namizəd Aleko Elisashvili hərəyə təxminən 14 faiz səs toplayıblar.

Bu o deməkdir ki, bələdiyyə seçkilərinin paytaxtda keçirilən hissəsində ikinci tur olmaya bilər.

Tbilisi meri vəzifəsi uğrunda ümumilikdə 13 namizəd mübarizə aparırdı.

Rustavi2 TV-sinin keçirdiyi exit-poll-un da nəticələri oxşardı.

Kaladzenin namizədliyini "Gürcü arzusu"nun yaradıcısı, ölkənin ən zəngin adamı, keçmiş baş nazir Bidzina Ivanishvili də dəstəkləyir.

İvanişvili 2013-cü ildə siyasətdən getsə də, bir çoxları inanır ki, o, "kulis"dən "Gürcü arzusu"nu idarə etməkdə davam edir.

Kaladze turizmi daha da inkişaf etdirməyi, idarəçilikdəki bürokratik əngəlləri aradan qaldırmağı, yeni nəqliyyat şəbəkəsi qurmağı vəd edir.

Oktyabrın 21-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası üçün bir sınaqdır.

Çünki gələn il prezident seçkiləri olacaq.

Bələdiyyə seçkiləri hakim partiyanın xalq arasında populyarlığını nə dərəcədə qoruya bildiyini göstərəcək.​

"Gürcü arzusu" 2012-ci ildə keçmiş sabiq prezident Mixeil Saakaşvilinin partiyasını məğlub edərək hakimiyyətə gəlib.

Buna da bax: Gürcüstandakı bələdiyyə seçkiləri haqda ətraflı oxu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG