Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:00

8 il əvvəl pasportsuz qalan bir azərbaycanlının başına gələnlər...


Nəsir Yaqubovun hərbi bileti

Nəsir Yaqubov 8 ilə yaxındır ki, Rusiyada ilişib qalıb. Deyilənə görə, nə Rusiya nə də Azərbaycan onu vətəndaşlığa qəbul edir.

Onun anası, Astara rayonun Suparibağ kəndində yaşayan 83 yaşlı Bilqeys Yaqubova bu barədə hər iki dövlətin müvafiq orqanlarına dəfələrlə müraciət etdiyini bildirir:

Buna da bax:​ 'Niyə ayda 10 manat xərcə düşməliyəm?'

“Oğlumu görmək istəyirəm”

“Hər yerə yazmışıq. Deyirlər həll edərik. Lakin illər keçir, heç nə həll olunmur. İndi gəlib, çıxıb Dərbəndə. Kiçik oğlum neçə illərdir ki, onun üçün çörək aparır, pul aparır. Belə zülm olar? Gündən-günə gücdən düşürəm. Oğlumu görmək istəyirəm. Qorxuram öləm, oğlumu görə bilməyim”.

Onun qardaşı Fərhad Yaqubov deyir ki, Nəsir Yaqubov 1981-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində hərbi xidmətdə gedib:

Buna da bax: 'Polis vətəndaşı vaxtında dinləsə, bu qədər qan tökülməz'

Fərhad Yaqubov
Fərhad Yaqubov

“Pasportunu əlindən alıblar”

“Əsgəri xidmətdən sonra evə qayıdıb. Bir ildən sonra Krasnoyarsk vilayətinə qayıdıb və orda işə girib. Fasiləsiz olaraq 10 il orda yaşayıb, daimi qeydiyyatda olub. SSRİ dağılandan sonra Rusiya vətəndaşı kimi ona pasport verilib. Yaşına görə pasportu bir neçə dəfə dəyişdirilib. 2007-ci ilin aprelin 2-də Rusiya polisləri reyd keçirən zaman, pasportunu əlindən alıblar. Ona deyiblər ki, pasportda olan qeydləri müvafiq orqanlar təsdiq etməyib...”

Fərhad Yaqubov bildirir ki, bununla bağlı Rusiya və Azərbaycanın müvafiq orqanlarına dəfələrlə müraciət olunub:

Buna da bax:​ Sahibkar necə müflis oldu

“Bəs bu göydə yaşayıb?”

“Rusiya tərəfi deyir ki, Nəsir Yaqubov bizim vətəndaş deyil. Azərbaycan tərəfi də eyni fikri söyləyir. Bəs bu göydə yaşayıb?”

Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Bilqeys Yaqubovanın ünvanına göndərdiyi cavab məktubunda oxuyuruq:

Bilqeys Yaqubova
Bilqeys Yaqubova

“Sizin müraciətlərinizlə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə müvafiq araşdırmanın aparılması üçün məktub ünvanlanıb”.

Konsulluq İdarəsi bildirir ki, Nəsir Yaqubov səyahət sənədləri almaqdan ötrü 2014-cü il noyabrın 6-da səfirlikdə olub. Ancaq o, səfirliyə Azərbaycan vətəndaşı olması barədə sənəd təqdim edə bilməyib. Ona görə, də onun vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilib. Dövlət Miqrasiya Xidmətindən səfirliyə isə məlumat verilib ki, həmin deyilən şəxs Azərbaycan vətəndaşı deyil.

Buna da bax:​ Təzə pasport almış ekstremistlər Rusiya vətəndaşlığından məhrum oluna bilərlər

Rusiya nə deyir?

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Konsulluq İdarəsi isə müraciətlərə cavab olaraq bildirib ki, Yaqub Nəsirov onların ərazisində məhkəməyə müraciət etməlidir.

Fərhad Yaqubov isə deyir ki, məhkəməyə müraciət olunub:

“Qardaşım məhkəmənin çıxartdığı qərar əsasında Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edib. Səfirlikdə sənədlərinə baxdıqdan sonra ona rədd cavab verilib. Ona deyiblər ki, bir daha səfirliyi narahat etmə”.

Bir müddət keçdikdən sonra, deyilənə görə, səfirlikdən yenidən məktub gəlib. Həmin məktubda Nəsir Yaqubova Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi məsləhət görülür. Dövlət Miqrasiya Xidmətinə edilən müraciətə cavab olaraq bildirilir ki, müvafiq sənədlər Azərbaycanın Rusiyadakı Diplomatik Nümayəndəliyinə təqdim edilməlidir:

Buna da bax:​ 'Məni pul yığmamaqda günahlandırırdılar, halbuki...'

Təkrar sual cavab...

“Suallar, cavablar təkrara olunur. Lakin məsələ həllini tapmır. Bezmişik. İndi də deyirlər ki, qardaşım bu iki ölkədə olmayıb. Qardaşım Rusiyada ailə qurub. İki oğlu var. Arvadından boşanıb. Bəs bu iki oğlu harada dünyaya gəlib? Əlində doğum haqqında şəhadətnaməsi var. Rusiya pasportu olub. Sürəti əlimizdədir. Bəs bunlar haradan gəlib?”

Fərhad Yaqubov bu il mayın 4-də ölkə prezidentinə bununla bağlı yazdığı üçüncü məktubu göstərir :

Prezidentə üçüncü məktub

Buna da bax:​ Meyvəni qapıdan alıb birbaşa Rusiyaya aparırdılar, heyf o günlərdən

“Anamın adı ilə yazılıb. Anam yaşlı adamdır. Çox xəstədir. Oğlunu görmək istəyir. Yola tab gətirsə Dərbəndə apararam. Qorxuram yolda problem yarana. Məni məcbur edir ki, onu prezidentin qəbuluna aparım. Necə aparım? Özüm də bezmişəm. Taksi sürürəm, 5-6 manat pul qazanıram, onu da bu yollarda tökürəm. Anamın göz yaşlarına tab gətirə bilmirəm...”

Hüquqçu məsləhəti

Miqrasiya üzrə hüquq müdafiəçisi Fərid Qulamov deyir ki, Nəsir Yaqubov əsas olduğu ölkənin müvafiq orqanlarına müraciət etməlidir:

“O, beynəlxalq konvensiyaları əsas götürüb Rusiya Federasiyasının federal orqanlarına müraciət edə bilər. Ona vətəndaşlığı olmayan sənəd verilməlidir. Həmin sənədlə də vətənə qayıda bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG