Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Təzə pasport almış ekstremistlər Rusiya vətəndaşlığından məhrum oluna bilərlər


Rusiya pasportu
Rusiya pasportu

Rusiya prezidenti Vladimir Putin deyib ki, terrorçuluqda şübhəli bilinən və təzəcə Rusiya pasportu almış miqrantlar vətəndaşlıqdan məhrum oluna bilərlər.

Azad Avropa/Azadlıq Radiosunun layihəsi olan “Nastoyaşee Vremya” portalının aprelin 12-də yaydığı məlumata görə, Putin bunu Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında yayımlanan “Mir” televiziyasına müsahibəsində deyib.

Amma Putin qeyd edib ki, Rusiya Qazaxıstan kimi terrorçu təşkilatlarla əlbir olmaqda şübhəli bilinənlərin hamsını vətəndaşlıqdan məhrum etməyə hazırlaşmır, çünki bu birbaşa ölkə konstitusiyasına ziddir.

Putin qeyd edib ki, bu tədbir yenicə vətəndaşlıq alanlara şamil edilə bilər.

Putin deyib ki, bunun üçün hüquqşünaslarla məsləhətləşmələr aparılacaq və yəqin ki, yaxın vaxtlarda qərar qəbul ediləcək.

Qeyd edək ki, artıq Özbəkistan və Tacikistanda belə qanun mövcuddur, Qazaxıstanda isə hazırda belə qanun layihəsi hazırlanır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosundakı partlayışı əslən Qırğızıstandan olan Rusiya vətəndaşı Akbarjon Jalilov törədib.

Rusiya hakimiyyəti son vaxtlar nə qədər ekstremist-miqrantın vətəndaşlıq aldığını açıqlamır.

Mənbə yazır ki, təkcə 2016-cı ildə 37 min Qazaxıstan, 23 minsə Özbəkistan sakini Rusiya vətəndaşlığı alıb.

Ümumilikdə isə 2016-cı ildə 265 319 nəfər Rusiya vətəndaşlığı alıb ki, bu adi göstəricilərdən 15% çoxdur.

Bunun 100 mindən çoxu ukraynalıların payına düşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG