Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

'Şaurmaya ketçup və mayonez vurmaq yerli sahibkarların ağlına gəlib'


Şaurma (shutterstock)
Şaurma (shutterstock)

Ölkədə antiböhran tədbirləri, ayrı-ayrı sahələrin inkişafına dair strateji yol xəritələrinə baxış və əhalinin sağlamlığı bu gün aprelin 15-i medianın aparıcı mövzusudur...

Strateji Yol Xəritələrinin "çiyliyi"

Yeni Müsavat” qəzetində isə “İqtisadçı hökumətin işini tənqid etdi: Ümumi söz yığınıdır” sərlövhəli məqalədə ölkə iqtisadiyyatının inkişaf istiqamətləri ekspert Əkrəm Həsənovla müzakirə edilir.

Əkrəm Həsənov: “İlk növbədə hüquqi islahatlar haqqında da xəritə lazım idi” Ölkə iqtisadiyyatının böhran vəziyyətindən çıxması ilə bağlı bütün ümidlər ötən il dekabrın 6-da imzalanan yol xəritələrinə...

Buna da bax:​ Prezident: 'Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq'

Müəllif yazır ki, ölkə iqtisadiyyatının böhrandan çıxması ilə bağlı bütün ümidlər ötən il dekabrın 6-da imzalanan strateji yol xəritələrinə bağlanmışdı. Amma aylar keçsə də, islahatların həyata keçməsi müşahidə olunmur

Ekspert Əkrəm Həsənov isə dəyərləndirməyə keçməzdən öncə qeyd edib ki, ən müxtəlif sahələrlə bağlı təsdiq edilən bu 12 strateji yol xəritəsi, hələ də kağız formasında dərc olunmayıb.

Onların 11-i “AZƏRTAC” saytında elektron formada yerləşdirilib.

Buna da bax: 'Dövlət orqanları var, aylardır əməkhaqqı vermirlər'

12-ci sənəd - “Azərbaycanın neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” isə heç elektron formada da yerləşdirilməyib:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Dövlət başçısı sənəd təsdiq edir, amma onu qəzetlərdə dərc etmirlər. Elektron versiyasına isə sonradan kimsə hətta "barmaq edir ". Bir sənədin isə elektron versiyası belə yoxdur. Hüquqi baxımdan bu sənədlər olmamış kimidir. Çünki, Konstitusiyaya əsasən dərc edilməyən akt hüquqi qüvvəyə minə bilməz”.

Ekspert vurğulayır ki, yol xəritələrində müsbət ideyalar olsa da, icra mexanizmi yoxdur. Bu da onun fikrincə, xəritələrin “çiy” hazırlanması deməkdir.

Buna da bax:​ İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Əkrəm Həsənov deyib ki, bu xəritələrin icrasına 27 milyard manat tələb olunur. Amma bu pulun haradan tapılacağı bəlli deyil.

Ekspert hesab edir ki, mülkiyyət hüququnun qorunmadığı, sağlam rəqabətin və ədalətli məhkəmə sisteminin bərqərar olmadığı ölkəyə xaricdən heç kim ciddi sərmayə qoymaz.

Dönər əti problemi həll olunmur ki, olunmur

“Exo” qəzetində də “Bakıdakı dönərxanaların 80 faizi mənşəyi bəlli olmayan ətlərdən istifadə edirlər” sərlövhəli yazı oxumaq olar. Yazıda əsasən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun dəyərləndirmələrinə yer verilib.

Buna da bax: Dönər ətinin mənşəyi bilinirmi?

Dönər
Dönər

Müəllif yazır ki, dönər və ya şaurman Azərbaycan bazarına çoxdan daxil olub, küçədə ayaqüstü yemək xoşlayanların rəğbətini qazanıblar.

Amma yazıda qeyd edilir dönərxanaların sayı çoxaldıqca, onlardan şikayətlər də artır:

“Ərzaq məhsullarının keyfiyyət monitorinqini aparan dövlət qurumları da daha çox dönərxanalarda qida qəbulunun sağlamlığa ziyanlı ola biləcəyi haqda xəbərdarlıqlar edirlər”.

Müəllif yazır ki, əsl şaurmada nə mayonez, nə də ketçup-dan istifadə edilməlidir. Şaurmada onlardan istifadə yerli sahibkarların ağlının məhsuludur.

Buna da bax:​ Bakı sakini dönər köşkündə nələr gördü...

Yazıda qeyd edilir ki, Bakıda dönərdən bir çox zəhərlənmə halları baş verib. AİB sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı qəzetə bunları deyib:

Eyyub Hüseynov
Eyyub Hüseynov

“Əgər, günlərin birində məlum olsa ki, dönərlərin hazırlanmasında hansısa lazımsız ətlərdən istifadə olunur, buna təəccüblənmərəm. Çünki, mal əti 11-12 manata olduğu halda, dönər 1 manata ola bilməz”.

Birlik sədri deyib ki, bu yaxınlarda 3-cü mikrorayon bazarında reyd keçiriblər. Onlar 4 manata ət satışı ilə rastlaşıblar. Eyyub Hüseynovun sözlərinə görə, bəlli olub ki, həmin ət Hindistandan gətirilib:

“Bəzən elə olur ki, sahibkarlar 50 qəpiyə də ət ala bilirlər. Bizim apardığımız monitorinq aşkar etdi ki, dönərxanaların 80 faizində mənşəyi məlum olmayan ətlərdən istifadə edirlər. Bu da əlbəttə təhlükəlidir”.

Buna da bax:​ Qida təhlükəsizliyi agentliyi yaradılır

Uğurlu antiböhran strategiyası

Azərbaycan” qəzetində “İqtisadi sabitliyi təmin edən uğurlu antiböhran strategiyası sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, keçmiş prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi islahatlara start verilib.

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev də hakimiyyətdə olduğu bu 14 ildə H. Əliyev kursunu davam etdirib:

“Bu müddətdə ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqət çəkir”.

Buna da bax: Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

Yazıda daha sonra, neftin qiymətinin düşməsi ilə görülən antiböhran tədbirlərindən bəhs edilir:

“Antiböhran tədbirlərinin ana xəttində, yenə də sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri dayanır”.

Yazıda qeyd edilir ki, artıq antiböhran tədbirləri öz nəticəsini verir. Müəllif fikirlərinin təsdiqi kimi prezident İlham Əliyevin 2017-ci ilin birinci rübünün iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasındakı çıxışından sitat gətirir:

Buna da bax:​ Qubad İbadoğlu: 'Hakimiyyət gələcək nəsillərin pulunu xərcləyir'

“İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub. Kənd təsərrüfatı 3,5 faiz inkişaf edib. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıb”.

Müəllif hesab edir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə böhranı uğurla arxada qoymaqdadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG