Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 13:49

Qida təhlükəsizliyi agentliyi yaradılır


Arxiv fotosu.

Prezident İlham Əliyev fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Buna da bax:​ Ərzaq 30 faizdən çox bahalanıb

Agentlik, ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, istehlakçıların hüquqlarının müdafiəsi və “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir

Həmçinin Agentliyin fəaliyyətini təmin etmək məqsədilə baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

Buna da bax: 'Əliyevin dediyi rəqəmlər var, ət yoxdur'

Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq və həmin gündən komissiyanın səlahiyyət müddəti başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG