Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Dönər ətinin mənşəyi bilinirmi?


Döner
Döner

-

«Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir».

Bunu «Trend»ə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynovun bildirməsinə görə, Azərbaycanda satılan dönərlər standartlara cavab vermir: «Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırlayıb. Həmin standartlar dönərin hansı şəraitdə və necə hazırlanmasını göstərir. Amma bu addım da bu sahədə özünü doğrultmayıb».

E.Hüseynov qeyd edir ki, Azad İstehlakçılar Birliyi dönər bazarında monitorinq aparıb: «Monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi yoxlanılmamış və mənşəyi məlum olmayan ətlərdən istifadə edirlər».

E.Hüseynov yada salır ki, 2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Amma hazırda dönərlərin 80 faizi yenə toyuq ətindən hazırlanır. Bunun qarşısını almaq üçün onlar Səhiyyə Nazirliyinə müraciət ediblər.

E.Hüseynovun fikrincə, Bakıdakı dönərxanaların gigiyenik səviyyəsi də çox aşağıdır. Bu sistemdə çalışanların tibbi yoxlanışı aparılmır.

XS
SM
MD
LG