Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:05

Cəbhədə indi nə baş verir? [şərhlər] [video]


Qarabağdakı son gərginliyin səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Qarabağdakı son gərginliyin səbəbi nədir? [A-Live]

Bir neçə gündür ki, cəbhədən gələn xəbərlərin gərginliyi artıb.

Azərbaycan tərəfi məlumat yayıb ki, mayın 16-da, Ermənistan silahlı qüvvələri, Ağdamda yaşayış məntəqələrini, müxtəlif çaplı minaatanlardan atəşə tutublar - amma itki olmayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, mayın 15-də, Füzulu-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hava məkanını nəzarətə götürməyə cəhd göstərib, Azərbaycan ordusu isə kompleksi şəxsi heyətlə birgə məhv edib.

Buna da bax:​ MN:“Ermənistanın “OSA” zenit-raket kompleksi sıradan çıxarılıb”

“OSA” zenit-raket kompleksi
“OSA” zenit-raket kompleksi

Ermənistan tərəfi isə hücumu Azərbaycanın başladığını, kompleksin zədələndiyini, amma insan itkisinin olmadığını deyir.

Qondarma Dağlıq Qarabağ rejiminin mayın 16-da yaydığı videoda, hərbi əməliyyatın keçirildiyini, Azərbaycan tərəfdə hərbi obyektlərin vurulduğunu iddia edir.

Cəbhədə nə baş verir?

Bakıda Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehtiyev bildirir ki, tərəflər arasında bu cür gərginlik vaxtaşırı baş verir və münaqişə ətrafında yeni vəziyyətin yarandığını demək doğru olmazdı.

Buna da bax:​ Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»

Elxan Mehtiyev
Elxan Mehtiyev

Elxan Mehtiyev deyir ki, müasir dövrdə Ermənistan sərhəddə müasir silahlar yığır, yeni tipli kameralar yerləşdirir və Azərbaycan ordusunun bütün yerdəyişmələrini izləyir. Onun sözlərinə görə, Ermənistan tərəfi aprel döyüşlərindən dərs çıxarıblar, özlərinin müdafiə istehkamlarını üçqat gücləndiriblər.

Elxan Mehdiyev “OSA”nın vurulmasını belə şərh edir:

"Sadəcə, Azərbaycan tərəfi ermənilərin Azərbaycana atəşkəs xəttinə daha yaxın müdafiə sistemi qurduğundan onu zərərsizləşdirib. Bu da normal haldır. Əvəzində də Ermənistan tərəfi Azərbaycan tərəfindəki bu cür bir neçə hərbi məntəqələri minaatanlardan atəşinə tutub, indi onları nə qədər sıradan çıxarıb, ya yox, bu haqda biz bilmirik, amma yerləşdirdikləri videodan görünür ki, onlar da zərər vurublar".

Buna da bax:​ MN: ‘Ermənistanın təxribatı ifşa olunub’

Yerevanda, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Manvel Sarkisyan da deyir ki, xüsusi bir hal baş vermir, atəşkəs adətən pozulur.

Bakıda başqa bir politoloq Zərdüşt Əlizadə də hesab edir ki, cəbhə xəttində xüsusi gərginlik yoxdur, onun fikrincə, Rusiya arabir münaqişəni bu cür alovlandırır - məqsəd isə hər kəsə göstərməkdir ki, münaqişə davam edir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Ötən həftə Azərbaycanın Ümumrusiya Konqresinin Rusiyada qeydiyyatı ləğv olunmuşdu, hakim partiyadan olan deputatlar, məsələn, Səməd Seyidov demişdi ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirdi.

Buna da bax:​ Ermənistan Azərbaycana xəbərdarlıq edir

Zərdüşt Əlizadə və Elxan Mehtiyev deyirlər ki, Rusiya və Azərbaycanın münasibətləri əslində pisləşməyib və Qarabağ ətrafında oyun qaydaları dəyişməyib. Elxan Mehdiyev bu haqda deyir:

"Əgər bu təşkilatı ləğv ediblərsə, yenidən, nizamnaməni dəyişib, yeni təşkilat qura bilər. Rusiyada belə bir problem yoxdur. İki ölkə arasında hansısa gərginləşmə görmürəm. Əksinə, bunu, Azərbaycanın hakimiyyətyönlü qüvvələrinin hay-küyü kimi görürəm".

Elə isə hakim partiya üzvlərinin Rusiyadan küskün bəyanatlarının səbəbi nədir? Zərdüşt Əlizadə ehtimal edir ki, Əliyevlər bir daha vurğulamaq istəyirlər ki, Azərbaycanda Rusiya əleyhinə qüvvələr var və Moskvaya sadiq yeganə qüvvə elə Əliyevlər ailəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG