Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:41

Tərəflər danışıqlardan məmnundur


Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Sazişi üzrə müzakirələr, sentyabr 2017

Azərbaycan-Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesi konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılır. Tərəflərin bundan məmnun olduğu bildirilir.

Bu fikirlər xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Birliyi (AB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Jankauskas-la görüşündə vurğaulanıb.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Məlumata görə, görüşdə Azərbaycan-Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub.

Tərəflər AB ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

E.Məmmədyarov deyib ki,Ermənistanınişğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaması regiona təhddidir. Nazir münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə Kestutis Jankauskas-a məlumat verib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

K.Jankauskas bu günlərdə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib. Bundan öncə o, AB-nin Gürcüstanda monitorinq missiyasının rəhbəri olub.

K.Jankauskas AB-nin Bakı nümayəndəliyinin rəhbəri postunda Malena Mard-ı əvəz edib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG