Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 16:36

Azərbaycan ordusu təlimlərə başlayır


Tank

Azərbaycan Ordusunda təlimlər keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər başlayacaq.

Açıqlamaya görə, təlimə 15 min nəfərədək şəxsi heyət, 300-dək tank, digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Qeyd edilir ki, əsas diqqət qoşunların idarəolunması, yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək: "Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar, eyni zamanda, qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək".

XS
SM
MD
LG