Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 13:54

Bakının işğaldan azad olunmasından 105 il ötür


Qafqaz İslam Ordusu Bakıda. 1918
Qafqaz İslam Ordusu Bakıda. 1918

Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 107 il keçir.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda "Sentrokaspi" hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti rəhbərlik edib. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra müstəmləkə altında olan xalqlar azadlıqlarına qovuşmağa başlamışdı.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi. Azərbaycan Cümhuriyyəti Tbilisidə elan edilmiş, oradan da Gəncəyə köçürülmüşdü.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı təkrar işğal etdiyindən devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

Selçuk Bayraktaroğlu Bakıda

Sentyabrın 15-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu Bakıda Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Orada Bakının azad olunması gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, onların ayrıca görüşü də olub. Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

14 sentyabr

AXCP-nin ziyarəti yarımçıq kəsilib

Bakının işğaldan azad edilməsinin 107-ci il dönümü ilə bağlı, əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən ibarət bir qrup Milli Şura tərəfdarı dünən, sentyabrın 14-də Bakıda Qafqaz İslam Ordusunun xatirəsinə ucaldılmış abidəni ziyarət etmək istəyiblər. AXCP sədri Əli Kərimli bildirib ki, ziyarəti bir gün önə çəkməklərinin səbəbi sentyabrın 15-də həm də yeni tədris ilinin başlaması olub. (Bakının işğaldan azad edilmə günü sentyabrın 15-dir) Lakin onun vurğulamasına görə, ziyarətə polis maneəsi yaradılıb: "...Abidə önünə çiçəklər düzdük. Milli Şura sədri professor Cəmil Həsənli Türk ordusunun 107 il öncə Bakını işğaldan azad etməsindən danışmağa başlayan kimi 100-lərlə çevik polis əməkdaşı ziyarətçiləri mühasirəyə aldı, danışmağa imkan vermədi və ziyarətimizi yarıda kəsdi".

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG