Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

Ana dilində telefonla danışmağına da imkan verilməyib…


«Amnesty International» Cəlil Qənilunu vicdan dustağı hesab edir
«Amnesty International» Cəlil Qənilunu vicdan dustağı hesab edir

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı hazırda Tehranın «Evin» həbsxanasında saxlanılan azərbaycanlı hüquq müdafiəçisi Cəlil Qənilunun işgəncə edildiyinə inanır.


Bu haqda fevralın 7-də verilən bəyanat, təşkilatın ötən il martın 10-da başladığı təcili tədbir kompaniyasının davamıdır. «Amnesty International» bununla dil hüquqlarının bərpasını tələb etdikləri üçün həbs olunan fəalların azad edilməsini istəmişdi .


Bu son bəyanatda bildirilir ki, ötən il 21 fevral Ana Dili Günü nümayişləri ilə bağlı həbs olunan fəalların çoxu girov şərtiylə azad edilib. Lakin, Cəlil Qənilu heç bir ittiham irəli sürülmədən 6 aydır ağır şəraitdə saxlanılır. Belə ki, bu müddət ərzində o, dəfələrlə Zəncan şəhərinin ETTELAAT təcridxanasından Tehranın «Evin» zindanına aparılıb və davamlı olaraq istintaq və işgəncə altında saxlanılıb.


«Amnesty International» təşkilatının verdiyi məlumata görə, cənab Qənilu bu günə qədər bircə dəfə ailəsilə görüşə bilib. Ötən ilin sentyabrında məhbusla görüşən ailə üzvləri onun uzun müddət zorla yuxusuz saxlanıb, işgəncə altında 24 saat istintaq edildiyini bildirib. Daha sonra telefon təmaslarında Azərbaycan dilində danışan kimi xətt kəsilib və söhbət zamanı məhbusu göz altında saxlayan məmurlar yalnız farsca danışmasına imkan verib. Fəalın tibbi yardım tələblərinə rədd cavabı verilib, ailə üzvləri dəfələrlə təhdid edilib.


Bəyanat bildirir ki, Cəlil Qənilu 2007-ci il dekabrın 4-dən bəri «Evin» zindanının ETTELAAT nəzarətində olan 209-cu bölümündə saxlanılır.


Təşkilatın aldığı məlumata görə, məhbus fevralın 3-də ailəsilə telefon danışığında bildirib ki, onun bütün həbs müddəti təkadamlıq kamerada keçib. O, fiziki və mənəvi işgəncələr, ölüm təhdidləri, davamlı istintaqlardan sarsıldığını və artıq bu haqda danışmaqdan qorxmadığını söyləyib.


«Amnesty International» təbii ana dili hüququnun bərpasını tələb etdiyinə görə həbs edilən cənab Qənilunu vicdan dustağı hesab edir. Beynəlxalq insan hüquqları təşkilatı onun dərhal azad edilməsi tələb edir və bu haqda bir daha İranın dini rəhbəri Ayətullah Xamineyi, Təhlükəsizlik Nazirliyi, Ali Məhkəmə Sədri, ölkə prezidenti və parlamentinə müraciət edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG