Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Fərhad Əliyevin həkim komissiyası tərəfindən müayinə edildiyi deyilir


Fərhad Əliyev bir ildən artıqdır ki, həbsdə saxlanır
Fərhad Əliyev bir ildən artıqdır ki, həbsdə saxlanır
Bir ildən artıqdır ki, həbsdə saxlanan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevi 12 nəfərlik həkim komissiyası müayinə edib. Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Xidmətinin rəhbəri Arif Babayev «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, komissiya beynəlxalq aləmdə nüfuz sahibi olan yerli mütəxəssislərdən yaradılıb. Sabiq naziri hərtərəfli müayinə edən peşəkarların gəldiyi qənaətsə budur ki, Fərhad Əliyev sağlamdır: «Onun səhhətində hər hansı problem yarandıqda isə təcili yardım göstərilir».


«Lap tutaq ki, 12 yox, 100 həkim müayinə edib, əgər onlar hakimiyyətdən asılıdırlarsa, nə faydası? Azərbaycanda elə tibb müəssisəsi yoxdur ki, hakimiyyətdən asılı olmasın və müstəqil rəy söyləsin».
Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli isə hesab edir ki, sabiq naziri xarici mütəxəssislər müayinə etməli və son sözü də onlar söyləməlidir. Yalnız bundan sonra onların obyektivliyinə inanmaq olar: «Lap tutaq ki, 12 yox, 100 həkim müayinə edib, əgər onlar hakimiyyətdən asılıdırlarsa, nə faydası? Azərbaycanda elə tibb müəssisəsi yoxdur ki, hakimiyyətdən asılı olmasın və müstəqil rəy söyləsin».

Fərhad Əliyevin vəkilləri də onun ürək çatışmazlığından əziyyət çəkdiyini və ciddi müalicəyə ehtiyacı olduğunu bildirirlər. Onlar sabiq nazirin xəstəliklə əlaqədar xarici ölkələrdə müayinədən keçməsi haqda tibbi rəyin olduğunu da bildirirlər.


Dövlət çevrilişinə cəhdə ittiham olunan sabiq Səhiyyə naziri Əli İnsanovun səhhəti ilə bağlı mütəxəssislərin müayinə aparıb-aparmayacağı isə hələlik məlum deyil.


MTN sözçüsü Arif Babayev deyir ki, bu haqda onda məlumat yoxdur.


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabrında dövlət çevrilişinə cəhdə ittiham edilərək həbs edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG