Zeynəb Cavadlı Dubayda həbsdə – Keçmiş diplomat: 'Taleyi prezidentin vicdanından asılıdır'
Azərbaycandan olan keçmiş gimnast Zeynəb Cavadlı Dubayda saxlanılıb. O, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qardaşı oğlunun keçmiş həyat yoldaşıdır. Dubay Prokurorluğunun BBC-yə verdiyi açıqlamaya görə, keçmiş əri onu qanuni görüş vaxtı uşaqlarını qaçırmaqda ittiham edir. Boşandıqdan sonra üç qızının qəyyumluğunu almaq üçün mübarizə aparan keçmiş gimnast daha əvvəl həyatının təhlükədə olduğunu bildirərək sosial şəbəkələrdə videolar paylaşmışdı. Məsələni şərh edən keçmiş diplomat Nahid Cəfərov vurğulayır ki, bu cür hadisələrə hökumətlərarası münasibətlər birbaşa təsir göstərir: "Əgər dövlət öz vətəndaşından gedirsə, onun müdafiəsi üçün konkret mexanizmlər olmalıdır. Təəssüf ki, avtoritar ölkələrdə bu sistemlər effektiv işləmir. Ona görə də hər şey prezidentin özündən, onun vicdanından asılı olur. Görünən odur ki, bu məsələ İlham Əliyev üçün hələ də maraqlı deyil".
Arxiv
-
İyun 04, 2026'Adı var, özü yox' – Loukosterlər AZAL-dan da bahadır
-
İyun 04, 2026Rusiyanın 'kölgə donanması'nda Azərbaycan izi tapıldı!