'Euronews'a pul tökürlər, amma turist gəlmir: 3 milyon hara getdi?
Dövlət Turizm Agentliyi son iki ayda Azərbaycanın xaricdə tanıdılmasına təxminən 3 milyon manat vəsait xərcləyib. Bu məbləğin 1.7 milyon manatı Bakıda yeni fəaliyyətə başlayan "Euronews" beynəlxalq telekanalının nümayəndəliyinə yönəldiləcək. İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, daxili problemlər həll olunmadan aparılan bahalı PR kampaniyaları büdcə vəsaitlərinin səmərəsiz xərclənməsindən başqa bir şey deyil: "Azərbaycan xaricdə söz azadlığının sıxışdırıldığı ölkə kimi tanınır. Digər tərəfdən, turistlərin gəliş dinamikası göstərir ki, aparılan reklamlara rəğmən Avropa İttifaqından gələnlərin sayı artmır. Çünki burada viza problemi var, aviabiletlər və otellər isə çox bahadır".
Arxiv
-
Oktyabr 19, 2026Ramiz Mehdiyev niyə indi YAP-dan çıxarıldı?
-
Oktyabr 16, 2026Azərbaycan İsraillə Türkiyəni barışdıra bilərmi?
-
Oktyabr 15, 202615-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb