Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:16

AŞPA-nın yaz sessiyası başlayır


AŞPA

Bu gün, aprelin 19-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.

Aprelin 22-dək çəkəcək sessiyada Almaniyanın Nazirlər Kabinetinə sədrliyi çərçivəsində bu ölkənin Federal kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas çıxışlar etməlidir. Habelə Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının prezidenti Maya Sandu, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin də yaz sessiyasında çıxışları gözlənir. Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı Assambleyanın baxışı, insan hüquqlarının pozulması, Belarusda seçki islahatlarının zəruriliyi kimi məsələlər də yer alır.

Sessiya çərçivəsində "Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi" mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

AŞPA sessiyasında Azərbaycan nümayəndələri də iştirak edəcək.

Azərbaycan 2001-ciildən Avropa Şurasının üzvüdür.

XS
SM
MD
LG