Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Od çərşənbəsi də gəlib çatdı


Bakıda Novruz şənliyi. Foto arxiv

Bu gün - martın 2-də Novruzun ikinci- Od çərşənbəsi qeyd olunur.

Buna xalq arasında "Üskü çərşənbə" də deyilir.

Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, bu çərşənbədə də tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Əslində bütün çərşənbələrdə tonqal qalanır.

Azərbaycanda bu il fevralın 23-də Su, martın 2-də Od, martın 9-də Yel, martın 16-də isə axırıncı - Torpaq çərşənbəsidir.

Novruz adətinə görə, ondan əvvəlki dörd çərşənbə (həftənin ikinci günü) belə xüsusi olaraq qeyd edilir.

2021-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00 qədəm qoyacaq.

XS
SM
MD
LG