Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Serbiyanın Baş Nazirinin müavini Azərbaycanda görüşlərə başlayıb.


Neboyşa Stefanoviç

Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç avqustun 10-da Azərbaycana gəlib. Səfər avqustun 12-dək davam etməlidir

AZƏRTAC-ın xəbərinə görə, avqustun 11-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Neboyşa Stefanoviç ilə görüşüblər.

Xəbərə görə, görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib, iki ölkə arasında siyasi, təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb.

“Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluğun ifadə olunduğu görüşdə xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub”, xəbərdə yazılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi də aparıldığı bildirilir.

Bundan əvvəl avqustun 7-də Serbiya prezidenti Aleksandr Vucic Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng etmişdi.

Aleksandar Vucic
Aleksandar Vucic

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yaymışdı.Məlumatda yazılmışdı ki, Aleksandr Vucic iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr zamanı Azərbaycan hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.“Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.” deyə bildirilirdi.

Ondan öncə, iyulun 20-də isə qeyd edilən məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviçin də Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı və onunla nazirin müavini Xələf Xələfovun görüşdüyü bildirilirdi.

XİN-in açıqlamasına görə, X.Xələfov vurğulayıb ki, bu cür qeyri-dost fəaliyyətlər Azərbaycan ilə Serbiya arasında dostluq münasibətləri və strateji tərəfdaşlığa xələl gətirir. Bildirildiyinə görə, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç də öz növbəsində qeyd olunan məsələ ilə bağlı məlumatının olmadığını söyləyib, bunu ölkəsinə çatdıracağını vəd edib.

Xatırlatma

İyulun 12-i, 13-ü və 14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş vermişdi. Prezident İlham Əliyev onda Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu demişdi. Həmin günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yaymışdı.Eyni zamanda həmin vaxt daha bir mülkü şəxsin də atəşkəs pozulması nəticəsində həlak olduğu açıqlanmışdı.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edib.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG