Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 18:15

Qarabağda PUA vurulub?


Arxiv foto

Separatçı qüvvələr Azərbaycanın işğal altındakı bölgəsində pilotsuz uçuş aparatını vurduqlarını bildirirlər. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ORBITER-3 pilotsuz uçuş aparatı (PUA) iyulun 18-i saat 06:38 radələrində kəşfiyyat uçuşu keçirərəkən vurulub.

Hələki bu deyilənlərə Azərbaycanın müdafiə nazirliyindən münasibət öyrənmək olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir. Hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri Qarabağ münaqişəsinə görə üz-üzə dayanıb.

Şərhlər

XS
SM
MD
LG