Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 11:27

2020-ci illə bağlı sərəncam verildi


İ.Əliyev

2020-ci il Azərbaycanda «Könüllülər ili» elan edilib.

Bununla bağlı bu gün, dekabrın 30-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənəddə əsasən, Nazirlər Kabineti 2020-ci ilin Azərbaycanda «Könüllülər ili» elan edilməsinə dair tədbirlər planını bir aya hazırlayıb Prezidentə təqdim etməlidir.

Sərəncamda vurğulanıb ki, ölkə könüllüləri öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər. «Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, «Formula 1» yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar», - sənəddə yazılıb.

Xatırlatma

Azərbaycanda son illər hər ilin bir sahəyə, şəxs və ideyaya həsr edilməsi artıq ənənə halını alıb. Prezident İ.Əliyev 2019-cu ili Azərbaycanda «Nəsimi ili» (İmadəddin Nəsimi) elan etmişdi. 2018-ci ilin isə Azərbaycanda «Xalq Cümhuriyyəti ili» olduğu açıqlanmışdı. 2017 «İslam Həmrəyliyi ili», ondan bir əvvəl isə «Multikulturalizm ili» adlandırılmışdı.

Bir sıra ekspertlər də düşünür ki, bəzi hallarda bir ilin hansısa sahəyə həsr edilməsi sırf formal xarakter daşıyır.

XS
SM
MD
LG