Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:16

İlham Əliyev: 'Azərbaycanda rekord pambıq yığılıb'


İ.Əliyev Sabirabadda

Bu gün, dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident müşavirdə qeyd edib ki, respublika üzrə pambıq yığımı başa çatıb, bu il rekord həddə - 294 min ton pambıq yığılıb. Onun sözlərinə görə, məhsuldarlıq orta hesabla hər hektardan 29.4 sentner təşkil edib. Prezident İ.Əliyev vurğulayıb ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.

O qeyd edib ki, hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub.

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, «MKT İstehsalat Kommersiya» MMC-nin baş direktoru Rövşən Həsənov, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə və başqaları məruzə ediblər.

Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

XS
SM
MD
LG