Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:12

Rusiyada regional penitensiar xidmətin rəhbərliyi saxlanıb


Muslim Dakhkhayev

Rusiya Federal Penitensiar Xidmətinin Rostov regionu üzrə rəhbərliyi korrupsiya və “dövlət sirlərinin ifşası”nda təqsirli bilinərək saxlanıb.

Xidmətin direktor müavini Valery Maksimenko-nun bildirməsinə görə, xidmətin regiondakı rəhbəri, general mayor Muslim Dakhkhayev və müavinləri saxlanıb, Dakhkhayev-in ofisi və evi Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları tərəfindən axtarılır.

Maksimenko FSB-nin araşdırma apardığını deyib, əlavə informasiya verməyib.

Dakhkhayev 2005-2017-ci illərdə doğma Dağıstan regionunda penitensiar xidmətin rəhbəri idi, sonradan Rostov bölməsinə təyin olunub.

2011-ci ilin oktyabrında ona sui-qəsd cəhdi olub, naməlum şəxslər avtomobilinə atəş açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG