Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:11

Bakıda bəzi yollar bağlanacaq


Nəqliyyat

Bakıda Qoşulmama Hərəkatının (QH) sammitinin keçirilməsi ilə əlaqədar oktyabrın 24-dən 27-nə kimi mərkəzdə və paytaxtın bir sıra rayonlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Yol Polisi məlumat yayıb.

Məlumata görə, Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi, «Hyatt Regency» otelinin yerləşdiyi ərazilərdə, habelə qonaqların yerləşdiriləcəyi və tədbirlərin keçiriləcəyi digər yerlərdə təhlükəsizlik tədbirləri görüləcək.

Məlumatda qeyd edilib ki, oktyabrın 24-də saat 08:30-dan tədbirlər yekunlaşana qədər Azneft meydanı, Niyazi küçəsi, Heydər Əliyev, Neftçilər,... prospektləri, Rəsul Rza,... küçələrində, 10-cu zavod dairəsində, habelə bu küçələrə paralel və onlarla kəsişən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Xatırlatma

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVII sammiti keçirilməlidir. Bu qurumu hərbi ittifaqlara qoşulmayan dövlətlər 1961-ci ildə Belqradda təsis ediblər. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG