Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 05:21

Keçmiş məhkəmə sədri öldürülüb


F.Ələkbərli

Bugün, sentyabrın 13-də Tovuz rayonunda keçmiş məhkəmə sədri, Ədalət Partiyasının yerli təşkilatının rəhbəri Firudin Ələkbərli güllələnərək öldürülüb. O, xəstəxanada vəfat edib. Hadisə ilə bağlı saxlananın olduğu bildirilir.

Qətli istintaq orqanı araşdırır.

1963-cü il doğumlu F.Ələkbərli ötən əsrin 90-cı illərində Tovuz rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildən məhkəmə sədri kimi fəaliyyət göstərən F.Ələkbərli 1995-ci ildə vəzifədən uzaqlaşdırılıb. O, milli azadlıq hərəkatında da yaxından iştirak edib.

«Mən Firudin Ələkbərlini çox mərd, dönməz, ədalətli və ədalət uğrunda mübarizə aparan adam kimi tanıyırdım». Bunu Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov deyib.

Partiya sədri F.Ələkbərlinin qətli barədə media orqanlarında tələm-tələsik materialın yayımlanmasını qınayıb, istintaq bitməyənədək təfərrüatların işıqlandırılmasını doğru saymayıb.

Baş Prokurorluqdan bildirildiyinə görə, Tovuz rayon sakini F.Ələkbərlinin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinə tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG