Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 13:12

Bəzi yerlərdə yağıntı gözlənir


Yağış

Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi gözlənir. Gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG