Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Atambaev-in həbs müddəti uzadıldı


Almazbek Atambaev
Almazbek Atambaev

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev barəsində həbs qətimkan tədbirinin müddəti oktyabrın 26-dək uzadılıb.

Bişkekdəki Birinchi Mai rayon məhkəməsi avqustun 20-də prokurorların həbs müddətinin uzadılmasıyla bağlı vəsatətini təmin edib. Həbs qətimkan tədbirinin ilkin müddəti avqustun 26-da bitirdi.

Atambaev-in vəkili Zamir Jooshev qərardan apellyasiya şikayəti veriləcəyini deyib.

Atambaev avqustun 8-də, tərəfdarlarının polislə ikigünlük qarşıdurmasından sonra təslim olub.

O, Daxili İşlər Nazirliyinin dindirilməylə bağlı üç çağırışına cavab verməyəndən sonra polis onu saxlamaq üçün hərəkətə keçib.

Qırğızıstan hakimiyyəti Atambaev-in 2011-2017-ci illərdə prezident olduğu müddətdə hakimiyyətdən sui-istifadə üzrə beş maddəylə ittiham edirdi. Saxlanandan sonra isə ona hakimiyyət təmsilçisinə zorakılıq, kütləvi iğtişaş təşkili, adam öldürməyə cəhd, girovgötürmə, odlu silahlardan qanunsuz istifadə ittihamları irəli sürülüb.

Tərəfdarlarının polislə toqquşması zamanı bir xüsusi təyinatlı polis əməkdaşı öldürülüb, 170 nəfər xəsarət alıb. Yaralılardan 79 nəfəri güc strukturlarının əməkdaşları olub.

Raisa Atambaeva
Raisa Atambaeva

Bu zorakılıq Atambaev-lə, vaxtilə dəstəklədiyi varisi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsini üzə çıxarıb.

Baş Prokurorluq avqustun 16-da AzadlıqRadiosu-na (RFE/RL) bildirib ki, Atambaev-in həyat yoldaşı Raisa Atambaeva barəsində təhqiqat başlanıb, ancaq detalları açıqlamayıb.

Atambaeva elə həmin gün jurnalistlərə deyib ki, ona cinayət işi prezident idarəsinin hüquqi sistem islahatları departamentinin keçmiş rəhbəri Manasbek Arabaev işilə əlaqədar açılıb. O, iyunda korrupsiyada ittiham olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG