Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Qırğızıstanı media plüralizmini qorumağa çağırırlar


Aprel TV
Aprel TV

Avqustun 13-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Qırğızıstan hakimiyyətini müxalifətin Aprel telekanalına yayımı bərpa etməyə imkan verməyə çağırıb. Qurum telekanalın ötən həftə bağlanmasını mətbuat azadlığının pozulması adlandırıb.

Aprel televiziyası onun sahibi, keçmiş prezident Almazbek Atambaev həbs olunan kimi bağlanıb. Atambaev avqustun 8-də, Bişkek yaxınlığındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə ikigünlük qarşıdurmadan sonra təslim olub.

Ertəsi günü xüsusi qüvvələr Aprel-in paytaxtdakı ofisinə basqın edib, işçilərini çıxarıb, girişi möhürləyiblər.

Telekanal o vaxtdan İnternet üzərindən yayımlanır. Direktoru Dmitriy Lozhnikov isə avqustun 13-də beş saatadək dindirilib.

Hakimiyyətin iddiasına görə, Aprel Atambaev-in aktivlərinin müsadirəsi çərçivəsində bağlanıb, keçmiş prezident korrupsiyada ittiham olunur.

“Ağır səhv”

RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr bəyanatında deyib ki, bu istintaq “mətbuat azadlığının bu formada pozulmasını əsaslandıra bilməz, özəlliklə də Aprel TV qanunu pozmaqda ittiham olunmursa”.

Bihr hakimiyyəti “bu qeyri-adekvat qərarı ləğv etməyə, media plüralizmini qorumağa” çağırıb.

Aprelin 10-da Qırğızıstanın 10 təşkilatı, media orqanı və ekspertləri birgə bəyanat yayaraq Aprel-in bağlanması qərarını “ağır səhv” adlandırıb.

Qırğızıstanda media plüralizmi “bu ölkəni qonşularından daim fərqləndirib, onu beynəlxalq reytinqlərdə Orta Asiyanın digər ölkələrindən daha yuxarı pilləyə çıxarıb”, – bəyanatda deyilir.

Qırğızıstan RSF-in 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 83-cü yerdədir.

Ötən həftə həbs olunmuş Atambaev korrupsiyada, hakimiyyət təmsilçisinə qarşı zorakılıqda, kütləvi iğtişaşın təşkilində, adamöldürmə cəhdini planlaşdırmaqda suçlanır.

Keçmiş prezident ittihamları siyasi motivli sayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG