Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Atambaev-ə daha iki ittiham irəli sürülüb


Almazbek Atambaev, arxiv fotosu
Almazbek Atambaev, arxiv fotosu

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-ə daha iki ittiham irəli sürülüb.

Vəkili Sergei Slesarev avqustun 14-də AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, müştərisi Bişkek Termal Elektrik Stansiyasının modernləşdirilməsi və paytaxt Bişkekdə Forum binasının özəlləşdirilməsi zamanı korrupsiyada ittiham olunur.

Slesarev-in sözlərinə görə, Atambaev Hərbi Prokurorluğun yeni ittihamların etirafı üzrə sənədlərini imzalamaqdan imtina edib.

***

Atambaev dövlət çevrilişində ittiham olunur

Qırğızıstan hakimiyyəti keçmiş prezident Almazbek Atambaev-ə yeni ittihamlar irəli sürüb. O, ötən həftə – evinə polis basqınından sonra həbs olunub.

Baş Prokurorluqdan Zamir Beishekeev avqustun 13-də deyib ki, Atambaev hakimiyyət təmsilçisinə qarşı zorakılıqdan istifadədə, kütləvi iğtişaşın təşkilində, adamöldürmə cəhdini planlaşdırmaqda, digər ittihamlarda suçlanır.

Bişkekdə keçirilən eyni mətbuat konfransında Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbaev keçmiş prezidenti dövlət çevrilişi planlaşdırmaqda suçlayıb.

Ataçbaev polisə avqustun 8-də, Koy-Taş kəndindəki evində təhlükəsizlik əməkdaşları ilə ikigünlük qarşıdurmadan sonra təslim olub.

Keçmiş prezident və tərəfdarlarının müqaviməti bir təhlükəsizlik əməkdaşının ölümü, 170-dən çox adamın yaralanması ilə sonuclanıb, yaralılar içində 79 güc strukturu əməkdaşı da olub. Bunu jurnalistlərə Daxili işlər naziri Kashkar Junushaliev deyib.

Opumbaev polisin ölümünü “sinik qətl” adlandırıb.

Atambaev Daxili İşlər Nazirliyinin üç dəfə çağırış göndərməsinə baxmayaraq, dindirilməyə getməyib. Bundan sonra güc strukturları onu saxlamaq üçün hərəkətə keçib.

Hakimiyyətin bildirməsinə görə, Atambaev 2011-2017-ci illərdə vəzifədə olanda beş maddə üzrə ittiham olunur. Bu ittihamlara korrupsiya, hakimiyyətdən sui-istifadə, qanunsuz varlanma daxildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG