Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:52

Kosta-Rika səfirliyini bağlayır


İlham Əliyev Manuel Qonzalez Sanzı qəbul edir. 2017

Avqustun 1-dən Kosta-Rikanın Bakıdakı səfirliyinin fəaliyyətini dayandıracağı bildirilir.

«Report»un xəbərinə görə, səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bu məsələni şərh edərkən, yalnız bunları deyib: «Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur».

Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabrında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG