Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:24

'Kompensasiyalar ya ödənilmir, ya da...'


Ə.Mustafayev

Avropa Şurasının Nazirlər Komitəsinin bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qəbul etdiyi qərarların icra edilməməsi barədə olan şikayətlər üzrə icmal hazırladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna bu gün, iyulun 24-də vəkil Əsabəli Mustafayev danışıb. Onun sözlərinə görə, icmalda kompensasiyaların ödənilməsinin gecikdirilməsi məsələlərindən də bəhs edilir.

Vəkil qeyd edib ki, icmal onlara da göndərilib.

Ə.Mustafayevin deməsinə görə, icmalda Azərbaycandan gələn şikayətlərin tərtibindəki nöqsanlara da toxunulur: «Nazirlər Komitəsi hesab edir ki, bu nöqsanlar həmin şikayətlər üzrə hökumət ilə səmərəli danışıqların aparılmasına mane olur. O, iki hissədən ibarətdir. Biri kompensasiyaya, digəri isə yerli məhkəmənin qərarına yenidən baxılmasına aiddir. Nazirlər Kabineti hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti qeyri-hökumət təşkilatları göndərsə, yaxşıdır».

Vəkil habelə qeyd edib ki, şikayətlər düzgün tərtib olunduğu halda, Nazirlər Komitəsinin kompensasiyaların ödənişindən ötrü hökumətə təsir edə biləcəyi ehtimal olunur.

Ə.Mustafayev əlavə edib ki, haqlarını müdafiə etdiyi şəxslərin 20-sinə AİHM-ın qərarları üzrə təyin edilmiş kompensasiyalar ya ödənilmir, ya da hissə-hissə ödənilir: «Bu tendensiya 2016-cı ildən start götürüb və təəssüflər ki, hələ də davam edir. Sonda biz məcbur olub Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsinə müraciət etdik...».

Xatırlatma

Hökumət təmsilçiləri isə AİHM qərarlarının icrası və eləcə də bu qərarlarla bağlı kompensasiyaların ödənilməsi məsələlərində tənqidləri qəbul etmirlər. Yerli saytların verdiyi məlumatlara görə, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bir müddət öncə bunları bildirmişdi: «Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir...».

Günün bütün mövzuları

XS
SM
MD
LG