Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Hərbi Prokurorluq cinayət işi açdı


Bakə hərbi məhkəməsi

Respublika Hərbi Prokurorluğunda iyulun 6-da iki hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi açıb. Məlumatı qurumun mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Hərbi Prokurorluğun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gedib. Bu zaman hadisə yerinə baxış keçiriləcəyi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürüləcəyi, hadisə şahidlərin dindiriləcəyi, ekspertizaların keçiriləcəyi bildirilir.

İyulun 6-da Müdafiə Nazirliyinin hərbi hissələrindən birində iki hərbçi ölüb. Nazirlik bildirir ki, tank mərmisinin atımı hərbi qulluqçunun əlindən yerə düşüb və partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Amiddin Ağalarov və kiçik çavuş Samir Salahov həlak olublar.

Hadisə nəticəsində gizir Nurlan Məmmədov ağır yaralandığı qeyd olunur.

Multimedia

XS
SM
MD
LG