Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:41

Prezident Ramil Usubovu qəbul edib


Ramil Usubov

Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Ramil Usubovun uzun illər daxili işlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazımi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib.
Ramil Usubov isə Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaqdan ötrü səylərini əsirgəməcəyini bildirib.

Ramil Usubov 1994-cü il aprelin 28-dən 2019-cu il iyunun 20-nə kimi daxili işlər naziri postunda çalışıb. Bu il iyunun 20-də prezidentin sərəncamı ilə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Azərbaycan müxalifəti ölkədə bəzi şəxslərin 20-25 il eyni vəzifədə çalışmalarını bir qayda olaraq tənqid ediblər. Onların fikrincə, daxili işlər orqanları Azərbaycanda bəzən qanunçuluğun yox, hakimiyyətdə olan qüvvələrin keşiyində durublar. Hərçənd, Daxili İşlər Nazirliyinin rəhbərliyi belə tənqidləri qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG