Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:15

128 kq heroin tapılıb - DGK


Heroin

Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

Qurum bununla bağlı bu gün, iyunun 18-də məlumat yayıb.

Məlumatda qeyd olunur ki, onlara İrandan «Iveco» markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub: «Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan, Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi «Iveco» markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə «Maylo» ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib. Nəqliyyat vasitəsinə «Heimann Cargo Vision» rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı avtomobilin kabinində- sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik maddələrin olmadığını bildirib».

DGK-nin açıqlamasına görə, yoxlama zamanı avtomobilin kabinində- oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən narkotik vasitə tapılıb: «…51 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayiət olunan açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib».

Komitə bildirir ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.

Amma, hələlik, rəsmi açıqlamaya Türkiyə vətəndaşı olan yük avtomobilinin sürücüsü və vəkilindən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG