Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Şimal rayonlarında leysan, dolu gözlənir


Yağış

İyunun 8-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

İyunun 8-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG