Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Məruzəçinin səfəri yenə təxirə düşdü


T.Sunna

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna yenə Azərbaycana gələ bilməyəcək.

Bu barədə məruzəçi Twitter hesabında yazıb. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bayramla əlaqədar onun ölkəyə səfərini «əlverişsiz» hesab edib.

Sunna hakimiyyәtlә siyasi məhbus məsələsinin müzakirəsinin təxirə salınmasından məyus olduğunu yazır: «Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik».

Bununla da T.Sunnanın Azərbaycana səfəri ikinci dəfədir təxirə salınır. O, aprelin 9-da AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən «Azərbaycanda siyasi məhbuslara dair» hesabatın dinləmələri zamanı çıxış edərək Azərbaycana tanışlıq səfəri edəcəyini demişdi.

«Mən aprelin axırı gəlməli idim, ancaq səfərim Formula-1 yarışları ilə üst-üstə düşdüyü üçün may, ya da iyun aylarında Azərbaycana səfərim gözlənilir», –məruzəçi qeyd etmişdi.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus problemi olmadığını, törətdiyi cinayətə görə cəzalandırılanların olduğunu bildirir. Bakı bu məsələnin beynəlxalq qurumlarda qaldırılmamasına çalışır, bu haqda səslənən tənqidləri, çağırışları qərəzli sayır. Hətta bir neçə il öncə AŞPA-da sözügedən məsələ ilə bağlı məruzəçi Kristof Ştrasserin hazırladığı qətnamənin qəbul edilməməsi üçün bəzi avropalı deputatlara rüşvət verilməsi haqda iddialar var. Bununla bağlı qurumda bəzi araşdırmalar aparılıb.

Ötən il AŞPA yenidən Azərbaycan üzrə məruzəçi təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG