Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:06

Prezident Əliyev Brüsselə dəvət alıb


İ.Əliyev

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) «Şərq tərəfdaşlığı» ölkələri liderlərinin görüşünə dəvət alıb.

Görüşün may ayında Brüsseldə baş tutacağı gözlənir.

Toplantı «Şərq tərəfdaşlığı» proqramının 10 illiyinə həsr olunub. Sammitə 6 dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İ.Əliyev dəvət olunub.

Aİ Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bunu bu gün, aprelin 29-da bildirib.

K.Yankauskas xatırladıb ki, ötən həftə tərəflər arasında ticarət məsələlərinə dair danışıqlar aparılıb, bu həftə isə danışıqlar videokonfrans vasitəsilə davam etdiriləcək.

«Tarixi açıqlamadan deyə bilərəm ki, sazişin tezliklə imzalanması üçün çalışacağıq», - o qeyd edib.

Bundan öncə tərəflər bəyan etmişdilər ki, saziş üzərində iş tamamlanmaq ərəfəsindədir.

«Şərq tərəfdaşlığı» proqramının 10 illiyinə həsr olunmuş tədbir mayın 13-də Brüsseldə keçirilməlidir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb. Üstəlik, müxalifət partiyaları saziş layihəsinin açıqlanmamasından narahat olduqlarını bildiriblər.

Multimedia

XS
SM
MD
LG