Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 16:31

Əhməd bəy Ağaoğlu ilə bağlı sərəncam imzalandı


Əhməd Ağaoğlu

Prezident İlham Əliyev bu gün, aprelin 10-da Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə Ə.Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda yazılıb ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist, tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Xatırlatma

Əhməd Ağaoğlu 1918-1920-ci ildə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) köməyinə gəlmiş Qafqaz İslam Ordusunun komandanının siyasi müşaviri olub. AXC dövründə Bakıda parlamentə üzv seçilib. 1939-cu ildə Türkiyədə vəfat edib.

Multimedia

XS
SM
MD
LG