Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:20

Azərbaycan müdafiə naziri Pakistana gedir


Z.Həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfər edir. Bu barədə martın 20-da Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və başqa strukturlarının rəsmiləri ilə görüşlər keçirilməsi gözlənir.

«Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, Z.Həsənov martın 23-də Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək. Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək», - məlumatda vurğulanıb.

Pakistan 1947-ci ildə müstəqillik əldə edib.

Multimedia

XS
SM
MD
LG