Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Tikinti ilə bağlı cərimələrin 50 faizi…


Tikinti

Azərbaycanda tikinti ilə bağlı cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək.

«Report» xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Xəbərə görə, əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi cərimələrdən toplanan vəsaitin 50 faizi onun işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu təcrübə Azərbaycanda tətbiq edilən bir sıra başqa (yol nəqliyyat hadisələrinin pozulmasına görə və sairə-A.R) cərimələrlə də bağlı mövcuddur. Ekspertlər zarafatla bu təcrübə ilə bağlı belə bir atalar məsəlini də xatırladırlar: «Bal tutan barmaq yalayar».

Multimedia

XS
SM
MD
LG