Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:21

İran səfiri Azərbaycanla bağlı hədəfi açıqladı


İran-Azərbaycan

İranla Azərbaycan arasında ticarət dövriyyəsi 73 faiz artıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, fevralın 8-də İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsində İslam inqilabının 40 illiyinə həsr olunan görüşdə bildirib.

«Biz qardaş Azərbaycanla ticarət dövriyyəsini bu il 5 milyard dollara çatdırmaq niyyətindəyik. Bu, bir qədər çətin olsa da, birgə çalışmaqla buna nail ola bilərik», - səfir vurğulayıb.

Səfir deyib ki, bu gün İran-Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir: «Bu əlaqələr təkcə siyasi deyil, iqtisadi sahədə də özünü göstərir. Bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq bizi sevindirir. Lakin bu əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır».

Ancaq o, iki ölkə arasında illik ticarət dövriyyəsinə aid konkret rəqəm deməyib.

Xatırlatma

Ötən ilin sonlarında İranda səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev də oxşar məsələlərdən bəhs etmişdi. O vurğulamışdı ki, 2017-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 16, 2018-ci ilin 9 aynda isə 73 faiz inkişaf edib. Onun vurğulamasına görə, Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib.

Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 31 milyard 755.9 milyon ABŞ dolları olub.

Multimedia

XS
SM
MD
LG