Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Qarabağ savaşında itkin düşənlər


Azərbaycanlı əsirin təhvil verilməsi

«Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb».

«Report» xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib. O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nın Bakı nümayəndəliyində qeydə alınıb: «Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80 faizi hərbçilərdir».

Eyni zamanda, itkin düşmüş şəxslərin yaxınlarından götürülən ağız suyu nümunəsi ilə bağlı statistika da açıqlanıb. Verilən məlumata görə, itkin düşmüş 775 nəfərin yaxınlarından 2018-ci ildə 2170 ağız suyu nümunəsi götürülüb.

Ötən il BQXK saxlanmış şəxslərə 88 başçəkmə həyata keçirib.

Ağız suyu nümunəsi itkin düşmüş şəxslərlə bağlı gələcəkdə mümkün eksqumasiya (meyitin qəbirdən çıxarılması) zamanı istifadə məqsədilə saxlanır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG