Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:33

Emin Hüseynov həbsdəki qardaşı haqda: "Yalnız süd məhsulları yemək də aclıq sayılır"


Switzerland -- Azerbaijan activist Emin Huseynov in exile: 'I'm afraid for my life'

Yanvarın 12-də bloqqer Mehman Hüseynovun 1 saylı Bakı İstintaq Təcridxanasından evlərinə zəng vurduğu bildirilir .

Bu barədə “Turan” agentliyinə onun qardaşı, hazırda mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov danışıb.

Qardaşının vurğulamasına görə, Mehman Hüseynov üstüörtülü şəkildə bildirib ki, aclığı davam etdirir və səhhətilə bağlı problem qalır. Ehim Hüseynovun qeyd etməsinə görə, bloqqer gələn həftə vəkillərinin gəlməsini xahiş edib.

O, deyib ki, Mehman Hüseynov digər qardaşının həyat yoldaşı ilə danışıb. Emin Hüseynovun sözlərinə görə, söhbət 7 dəqiqəyə yaxın davam edib, telefon selektora keçirilib və o, başqa aparat vasitəsilə söhbətə qoşulub.

Qardaşının bildirməsinə görə, Mehman Hüseynov Qırmızı Xaç Komitəsinin, Ombudsman Aparatının, bəzi qeyri hökumət təşkilatı (QHT) təmsilçilərinin, Avropa Birliyi Bakı nümayəndəliyinin əməkdaşı və bir sıra ölkələrin diplomatları ilə görüşləri barədə danışıb.

Buna da bax: Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir

Onun sözlərinə görə, Mehman Hüseynov görüşdüyü hər kəsə bloqqer fəaliyyəti və araşdırmaları ilə bağlı həbs olunduğunu söyləyib.

"Mehman bizimlə söhbət zamanı qeyd etdi ki, məhdudiyyətlər səbəbindən çox şey danışa bilmir. Ancaq bəzi mesajları ötürə bildi. Qeyd etdi ki, onun adından yayılan məlumatlardan xəbəri yoxdur. Dedi ki, hazırda onu saxlama şəraiti narahat etmir, əsas məqsədi yeni əsassız ittihamın üzərindən götürülməsidir”

Emin Hüseynov daha sonra da deyib:

“Ondan sidik, nəcis, qan analizi götürüblər."

Onun fikrincə, hakimiyyət Mehman Hüseynovun aclıq etməməsi barədə ictimai rəy formalaşdırmağa çalışır.

"Onu ziyarət edən hakimiyyət yönümlü QHT nümayəndələri vasitəsilə məlumatlar yayılır ki, guya Mehman süd, duru yeməklər qəbul edir. Ancaq əslində Mehman süd məhsulları qəbul edir. Əgər insan gün ərzində sutkalıq normadan az kolori qəbul edərsə bu, aclıq sayılır, çünki orqanizmə ziyan dəyir. Mehman martın 2-dək -cəza müddəti bitənədək aclıq etmək niyyətindədir", Emin Hüseynov bildirib.

AB nümayəndəliyinin təmsilçisi və AB ölkələri diplomatlarının M.Hüseynova baş çəkməsinə gəlincə, E.Hüseynov təəssüflə qeyd edib ki, hakimiyyət bundan öz məqsədlərindən ötrü istifadə etdi:

"Mən başa düşürəm ki, AB nümayəndələi Mehmana xoş niyyətlə baş çəkiblər. Ancaq Mehmanla onların fotosunun hökumətyönlü kütləvi informasiya vasitələrinə (KİV) düşməsinə və bundan hökumətin təbliği məqsədilə istifadə olunmasına imkan veriblər. Məndə belə fikir yaranır ki, Mehmanın onlarla və digər nümayəndələrlə görüşü konfidensial olmayıb. AB nümayəndələrinin yekunlar barədə bizim ailəyə bilgi verməməsi və mətbuat üçün bəyanatla çıxış etməməsi təəssüf doğurur”

Emin Hüseynovun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan, Avropa Birliyinin Bakıdakı nümayəndəliyindən və bu quruma daxil olan ölkələrin səfirliklərindən münasibət almaq mümkün olmayıb.

Yanvarın 11-də Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bu quruma daxil olan bir sıra ölkələrinin səfirliklərinin məsul şəxslərinin 1 sayli İstintaq Təcridxana-sında Mehman Hüseynov-la görüşdüyü bildirilirdi.

Bu barədə “Trend” agentliyi diplomatik dairələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilirdiki, görüşdə AB-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onların yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olduqları bildirilir.

Agentlik bu görüşə aid olduğu bildirilən foto da yayıb. Ancaq onlaqrın özü bu barədə məlumat yaymayıblar.

“Turan” agentliyi-nin xəbərinə görə, Penitensiar Xidmətin İctyimaiyyətlə Əlaqələr Şöbəsi də diplomatların bloqqerlə görüşünün olduğunu təsdiq edib.

Xatırlatma

Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.

Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.

Amma vəkil Şəhla Hümbətova bloqqerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.

Multimedia

XS
SM
MD
LG