Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 21:16

Qubada ticarət mərkəzində yanğın olub


Qubada ticarət mərkəzində yanğın

Yanvarın 10-u səhər saatlarında Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın baş verib.

AZƏRTAC-ın məlumatına görə, mərkəzdəki dörd satış məntəqəsi içərisindəki mallarla birlikdə yanıb. Ətrafdakı bir neçə mağazaya isə ciddi ziyan dəyib. Yanan mallar, əsasən, geyimlər və texniki avadanlıqdır.

Məlumatda habelə bildirilir ki, artıq yanğından mühafizə bölmələri yanğını söndürüb.

Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir, faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG