Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Trump-ın sərhədi hasarlamasını nələr əngəlləyir


ABŞ-Meksika sərhədində miqrant qız
ABŞ-Meksika sərhədində miqrant qız

ABŞ Prezidenti Donald Trump Meksikayla sərhədin hasarlanmasına 5,6 milyard dollar tələb edir. Konqresin demokrat liderləri isə buna qarşıdır, sərhəd təhlükəsizliyinə cəmi 1,3 milyard təklif edir, yəni elə ötənilki büdcədəki qədər. Bu da dekabrın sonlarından ABŞ hökumətinin qismən qapadılmasıyla sonuclanıb. AzadlıqRadiosu-nun əməkdaşı Tony Wesolowsky prezidentin sərhədi hasarlmasına əngəllərdən yazır.

Trump bu hasarın qanunsuz mühacirlərin və narkotik qaçaqçılığının qarşısını kəsəcəyini deyir. O, 2016-cı ildə seçki kampaniyası zamanı deyirdi ki, hasara görə pulu Meksika ödəyəcək, amma sonuncu bundan imtina etdi.

ŞÜBHƏLİ “TERRORÇULAR”?

Demokratlar, tənqidçilər ölkənin belə bir hasara ehtiyacı olmadığını deyir, prezidenti cənub sərhədində problemlərin miqyasını şişirtməkdən ötrü faktlar və rəqəmləri dəyişdirməkdə suçlayır. Trump və komandası sərhəddən “terrorçular”əın belə keçdiyini iddia edir.

Donald Trump
Donald Trump

Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders yanvarın 6-da “Fox News Sunday” proqramına deyib ki, ölkəyə 4 minədək şübhəli terrorçunun keçməsindən xəbərləri var.

Di gəl, bu iddianı əsaslandıracaq faktlara ortaya qoyulmur.

CATO İnstitutu 1975-ci ildən 2017-ci ilədək Birləşmiş Ştatlara “xüsusi maraqlı” ölkələrdən qanunsuz keçən yeddi nəfərin ABŞ torpağında terror planlaşdırmaqda təqsirli bilindiyini bildirib. Amma onların heç biri Meksikadan gəlməyib.

Trump yanvarın 8-də televiziyayla canlı yayımlanan çıxışında cənub sərhədində “humanitar böhran” yarandığını deyib.

Ötən ilin noyabr seçkisində Nümayəndələr Palatasına nəzarəti ələ alan demokratlar isə daha da cəsarətləniblər. Onların palatadakı lideri Nancy Pelosi yeni spiker kimi and içəndən sonra dərhal dedi ki, “biz hasar çəkən deyilik”.

Nancy Pelosi və Senatda azlığın lideri Chuck Schumer
Nancy Pelosi və Senatda azlığın lideri Chuck Schumer

Prezidentin hasara istədiyi pul federal büdcədən gəlməlidir. Prezident büdcədə bunu təklif eləsə belə, pul kisəsinin ağzını Konqres açır. Prezidentin təklif elədiyi büdcə adətən gözardı olunur, məşvərətçi sənəd kimi nəzərdən keçirilir.

Söhbət institusional səlahiyyət və qürurdan gedir. Konqres son illər prezidentlərə çox güzəştə gedib, bu dəfə təslim olmaq istəmir”, –Rutgers Universitetindən Ross Baker 2017-ci ildə “Seattle Times”a deyib.

FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNA BİLƏRMİ

Amma Trump sərhədin hasarlanmasından ötrü fövqəladə prezident səlahiyyətindən istifadə edəcəyinə də eyham vurub. “İstəsəm, bunu edə bilərəm. Fövqəladə durum elan edə bilərik. Bunu edə bilərəm”, – Trump yanvarın 4-də jurnalistlərə deyib.

Prezidentin hədəsi onun belə səlahiyyətinin olub-olmamasına dair Birləşmiş Ştatlarda müzakirələrə yol açıb.

Adam Schiff
Adam Schiff

Demokratlar “xeyir” deyirlər. Kaliforniyadan Adam Schiff də belə düşünür.

Harry Truman müharibə vaxtı polad sənayesini milliləşdirə bilmədisə, deməli bu prezidentin də fövqəladə vəziyyət elan edərək sərhədə bir neçə milyard dollarlıq hasar çəkmək səlahiyyəti yoxdur”, – o, yanvarın 6-da yerli televiziyaya müsahibəsində deyib.

Bir məsələ də var ki, Nümayəndələr Palatasına demokratlar nəzarət etdiyindən, Trump cənub sərhədində fövqəladə vəziyyət elan edərsə belə, onun ləğvini səsverməyə çıxara bilərlər. Bu halda Senat da 15 gün ərzində oxşar səsvermə keçirə bilər.

O zaman Trump Konqresi inandırmalıdır ki, sərhəddəki durum doğrudan da “fövqəladədir”.

Prezident 2017-ci ildə sərhədin qorunması layihələrinə 1,6 milyard dollar ala bilib, amma bu pul əsasən mövcud sərhəd baryerlərinin möhkəmləndirilməsinə yönəldilib, yeni hasarın tikintisinə deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG