Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:26

Təhsil Nazirliyi tənqidlərə cavab verdi


Təhsil Nazirliyi

Təhsil Nazirliyi orta məktəb müəllimlərinin imtahanlarda zəif nəticə göstərməsi ilə bağlı iddialara münasibət bildirib.

Bununla bağlı Təhsil Nazirliyi «Report» agentliyinin sorğusuna cavab verib.

Nazirlik xatırladıb ki, bu günlərdə «İstedadlı şagird üçün istedadlı müəllim» müsabiqəsi təşkil edilib. Nazirliyin vurğulamasına görə, bunda əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsinə töhfə verəcək müəllimlərin müəyyən olunması olub.

Nazirlik bu imtahanların nəticələrini tənqid edənləri «məsələyə geniş pəncərədən baxmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmaqda» qınayıb: ​«Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyənləşdirilməsiüçün keçirilən müsabiqədə təqdim olunan tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də, bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir».

Xatırlatma

Təhsil Nazirliyi bu günlərdə Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə bir qrup müəllimə müvafiq ixtisaslara uyğun qapalı tipli test tapşırıqlarından ibarət imtahan keçirib. İmtahanda riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim iştirak edib.

İqtisadçı Qubad İbadoğlu imtahanın göstəricilərinə dair yazı yazıb. «Riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb»,-deyə Q.İbadoğlu qeyd edib.

Bu məsələ sosial şəbəkələrdə də ciddi tənqidlərə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG