Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 16:43

2018-ci ilin son gününün hava proqnozu


Yağış

Dekabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənir. Mülayim şimal küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 0-3, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 0-3, gündüz 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

2018-ci ilin son günü ölkənin bölgələrində də yağış yağacağı gözlənir. Bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 6-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacağı təxmin edilir.

Qar, əsasən, Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik və Yardımlı rayonlarında proqnozlaşdırılır.

Sürücülərin diqqətinə

Nazirlik bildirir ki, dekabrın 31-i axşam və yanvarın 1-də respublikanın dağlıq, dağətəyi rayonlarında yollar buz bağlaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG